EN

Biləsuvarda ağır QƏZA: Xəsarət alan var

Biləsuvarda qəzada sürücü xəsarət alıb. 

Bizim.Media xəbər verir ki, hadisə rayonun İsmətli kəndində baş verib. 
 

Belə ki, 2003-cü il təvəllüdlü Rəfael Famil oğlu Cabbarlı idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobili ilə hərəkətdə olarkən, maşın idarəetmədən çıxıb və nəqliyyat vasitəsi yol kənarındakı dəmir boruya dəyib.


Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma apalır. 

Sabutay, Bizim.Media, Cənub bürosu

Chosen
6
9
bizim.media

10Sources