EN

Qərbi Azərbaycan İcması Kanadanın xarici işlər nazirinin Azərbaycana qarşı qərəzli bəyanatını qınayıb

Biz Kanadanın xarici işlər naziri Melani Jolinin sentyabrın 22-də Azərbaycana qarşı qərəz və böhtan dolu bəyanatını sərt şəkildə qınayırıq.

Bu sözlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Bəyanatda deyilir: "Kanadalı nazir öz bəyanatında ermənilərin Azərbaycanın Qarabağ bölgəsini guya məcburi şəkildə tərk etməsi barədə əsassız ittiham irəli sürür, Azərbaycanın ərazi bütövlüyünə zidd olan və regionda gərginlik yaratmağa xidmət edən mövqe nümayiş etdirir.

Ermənistanın bir milyon azərbaycanlını etnik təmizləməyə məruz qoymasına, Azərbaycan ərazilərini otuz il işğal altında saxlayaraq talan etməsinə və yüz minlərlə Qərbi azərbaycanlının geri qayıdışına imkan verməməsinə göz yuman Kanadanın humanitar məsələlərdən danışmağa mənəvi haqqı yoxdur.

Bütün bunlar göstərir ki, Kanada Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edərək beynəlxalq hüququn aliliyini təmin etməsini qəbul etmək istəmir və bölgədə yenidən münaqişə yaratmağa çalışır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
14
aznews.az

10Sources