EN

Duman, yağış, dolu — Günün havası

Bakıda və Abşeron yarımadasında sentyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə, havanın temperaturu gecə 16-19° isti, gündüz 23-27° isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağacağı, şimşək çaxacağı gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
27
22
demokrat.az

10Sources