EN

Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının I mərhələsi başa çatıb

Peşəkar

Bakı, 22 sentyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 22-də peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda və Naxçıvan şəhərlərində ümumilikdə 7 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 18 imtahan rəhbəri, 133 nəzarətçi cəlb edilib.

İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 40 test tapşırığının 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 5 həftə ərzində elan olunacaq.

Xatırladaq ki, imtahanın II mərhələsi (qanunvericilik üzrə) oktyabrın 20-də keçiriləcək və imtahanda iştirak etmək üçün qeydiyyat oktyabrın 10-u saat 12:00-dək davam edəcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
10
azertag.az

10Sources