EN

Şuşada qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

Şuşada baş verən qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb.

TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq verilən məlumata görə, 21 sentyabr 2024-cü il tarixində Şuşa şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər xəsarət alıb. Onlar dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıblar. Yaralılardan 4-ü kişi, 1-i qadındır.

TƏBİB-in məlumatına əsasən, xəsarət alanlardan birinin vəziyyəti ağır qiymətləndirilir, digər 4 nəfərin vəziyyəti isə orta-ağırdır. Hazırda xəstələrə lazımi tibbi xidmətlər göstərilir və həkimlər onların vəziyyətini nəzarətdə saxlayır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
10
demokrat.az

10Sources