EN

Romao: "Tottenhem"?.. dəfələrlə uğur qazana bilmişik"

İki gün öncə "Qarabağ" doğma meydanda "Neftçi"ni darmadağın etməklə vəziyyətini bir qədər də yaxşılaşdırdı. Azərbaycan derbisi sonrası "süvarilər"in yarımmüdafiəçisi Julio Romao Sport24.az-ın əməkdaşının suallarını cavablandırdı. 
 
- Əzəli rəqibinizi 4:0 darmadağın etdiz. Matçla bağlı fikirlərin maraqlıdı...- "Neftçi" ilə oyunlarımız həmişə çətin olub. Bu gün qələbə qazansaq da, bu bizə asan başa gəlmədi. Meydanı qalib tərəf kimi tərk etdiyimizə sevinirəm. Düşünürəm ki, "Tottenhem"lə səfər oyunu öncəsi yaxşı test oldu. İngiltərəyə qələbə ab-havasında yollanacağıq. 
 
- Azərbaycan derbisində 4 qolla qalib gələcəyinizi gözləyirdinmi? - Biz bütün oyunlara qələbə əzmiylə çıxırıq, "Neftçi" ilə görüş də istisna deyildi. Buna rəğmən, hər bir rəqibimizə hörmətlə yanaşır və meydanda maksimum gücümüzlə oynayırıq ki, 3 xal götürək. 
 
- Səfərdə "Tottenhem"lə oyunda nəyə ümid edirsiz? - "Dumanlı Albion"da ağır oyun keçirəcəyik. Bizə çətin olacaq. Amma dəfələrlə güclü və adlı-sanlı komandalara qarşı oynayıb uğur qazana bilmişik. Bu yöndə təcrübəmiz zəngindir. 
 
- İngiltərə təmsilçisiylə oyunda sensasiyaya inanırsanmı? - Futbolda hər cür nəticə olur. Hər iki tərəf 11X11 oynayır. Odur ki, mümkünsüz nəsə yoxdur. Biz komanda olaraq sona qədər döyüşüb yaxşı nəticəyə köklənəcəyik. 
 
ABDULLA İSMAYILOĞLU

Chosen
31
sport24.az

1Sources