EN

Şəbnəm Vəfanın üzr istəməsini TƏLƏB ETDİ

“Çox təəssüf edərək son günlər gündəmi zəbt edən məsələ ilə bağlı sonuncu açıqlamamı vermək istəyirəm. Sadəcə bir mahnı məsələsindən başlayan söhbət bu qədər iyrənc səviyyəyə çatdığına görə tamaşaçılarımızdan, məni sevən dinləyicilərimdən üzr istəyirəm. Bir şəhid bacısının haqqının tapdanmasına, adımın ümumiyyətlə, xəbərsiz olduğum məsələlərdə hallanmasına səbrlə yanaşa bilmədim”.

Publika.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu deyib.

O, Vəfa Şərifova ilə yaşadığı qalmaqalla bağlı son dəfə açıqlama verdiyini bildirib:

“Həm məni, həm də izləyicilərimizi narahat edən məsələni artıq tamamilə bağlayıram. Bir mahnını şoulaşdırıb, iyrəncləşdirib və bundan dırnaqarası reklam qazanmaq istəyənləri artıq durdurmaq qərarına gəldim. Çünki bu məsələ mənim özümü də narahat edir.

Mahnının bütün müəllif hüquqları şəhid bacısına məxsusdur. Mahnının haqqını ödəyib almışam və ilk olaraq mən oxumuşam. Haqqımı tələb etməli olduğum halda, digər tərəf nəyin davasını edir anlamıram”.

Şəbnəm yutub işlədən Nadir Kərimovu qaçırtdırması iddiasına belə reaksiya verib:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
10
publika.az

10Sources