EN

Paşinyan Blinkenin müavini ilə sülh müqaviləsindən danışdı

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Paşinyan Hakla iki ölkə arasındakı münasibətlərlə yanaşı, cari ilin aprelində Brüsseldə keçirilmiş Ermənistan-AB-ABŞ yüksək səviyyəli görüşündə əldə olunmuş razılaşmaları da gündəmə gətiriblər.

Bundan əlavə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı məsələlər müzakirə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
2
axar.az

10Sources