EN

“Putin zarafat edib” - Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinin ABŞ-nin vitse-prezidenti Kamala Harrisi qarşıdan gələn prezident seçkilərində dəstəkləməsi ilə bağlı sözlərini zarafat adlandırıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bu barədə "Sky News Arabia" telekanalına müsahibəsində bildirib.

"Rusiya Prezidenti Vladimir Putin zarafat edib. Onun yaxşı yumor hissi var", - diplomat vurğulayıb.

Lavrov qeyd edib ki, Rusiya lideri ictimai çıxışlar zamanı dəfələrlə zarafatlara əl atır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
7
milli.az

10Sources