AZ

"Putin zarafat edib” - Lavrov


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinin ABŞ-nin vitse-prezidenti Kamala Harrisi qarşıdan gələn prezident seçkilərində dəstəkləməsi ilə bağlı sözlərini zarafat adlandırıb.

News24.az. “Qafqazinfo”ya istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bu barədə “Sky News Arabia” telekanalına müsahibəsində bildirib.

“Rusiya Prezidenti Vladimir Putin zarafat edib. Onun yaxşı yumor hissi var”, - diplomat vurğulayıb.

Lavrov qeyd edib ki, Rusiya lideri ictimai çıxışlar zamanı dəfələrlə zarafatlara əl atır.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
7
news24.az

10Mənbələr