Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.
525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə nazirlik "X" hesabında paylaşım edib.
"Sən bizimsən, bizimsən durduqca bədəndə can. Yaşa, yaşa, çox yaşa, şanlı Azərbaycan! Azərbaycanlı qardaşlarımızın 20 Sentyabr - Dövlət Suverenliyi Günü mübarək. “Bir millət, iki dövlət” anlayışı ilə hər zaman birliyimizi davam etdirəcəyik", - deyə paylaşımda qeyd edilib.
Bizi İnstagramda izləyin