EN

İran HƏMAS lideri Haniyənin öldürülməsindən sonra İsrailə cavab verəcəyi barədə xəbərdarlıq edib

İran HƏMAS lideri İsmayıl Haniyənin iyulun 31-də Tehranda öldürülməsindən sonra İsrailə ən qısa zamanda cavab verəcəyi barədə xəbərdarlıq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın ali dini lideri Əli Xameneinin ofisinin rəhbəri Məhəmməd Məhəmmədi Gülpayeqani İRNA-ya deyib.

"Mənfi düşmən təbliğatı həqiqəti yalan, yalanı isə həqiqət kimi qələmə verir. Əgər övladlarınızın bədxassəli düşmən təbliğatının təsirinə düşməsini istəmirsinizsə, cümə namazı üçün məscidə gəlin", - o əlavə edib.

O, insan haqları müdafiəçilərinin ikili standartlar tətbiq etdiklərini bildirərək, "Qəzza zolağında çoxu qadın və uşaq olmaqla 41 min fələstinlinin qəddar sionist rejimi tərəfindən öldürüldüyü bir vaxtda susdular",- deyə qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
operativmm.az

1Sources