EN

Avropa Parlamentinin fransalı üzvü Natali Luazo uzun müddətdir ermənipərəst mövqeyi ilə tanınır - RƏY

Bakı. Trend:

Məlumdur ki, Avropa Parlamentinin fransalı üzvü Natali Luazo,ermənipərəst mövqeyi ilə uzun müddətdir ki, tanınır. O, AvropaParlamentinin son iclasında yenidən ölkəmizə qarşı iftiralar,qarayaxmalar yaxaraq, Azərbaycanın öz ərazi bütövlüyünü bərpaetməsinə qarşı fikirlər irəli sürmüşdür. Natali Luazo keçmişmünaqişəni yenidən gündəmə gətirərək, Qarabağdan guya etniktəmizləməyə məruz qalmış ermənilərin məsələlərini qabartmaqlaəslində Ermənistanı revanşizmə sürükləmək və münaqişəninalovlanmasına xidmət etmək istiqamətində bəyanat səsləndirmişdi.Aydın məsələdir ki, Azərbaycan istər 2020- ci 44 günlük Vətənmüharibə ərzində, istərsə də ötən il sentyabr ayında öz ərazibütövlüyünü, suverenliyini bərpa etmiş və öz ərazisində mövcud olanErmənistan Hərbi Qüvvələrinin mövcudluğuna son qoymuş vəseparatizmin kökünü kəsmişdir. Natali Luazonun əvvəlkibəyanatlardan heç nəyi ilə fərqlənməyən bu dəfəki bəyanatı dayalnız sülhün, əmin-amanlığın və artıq Cənubi Qafqazda bərqərarolunmuş rifahın əleyhinə səslənən bəyanatdır.

Bu fikirləri Trend-ə MilliMəclisin deputatı Tural Gəncəliyev deyib.

O qeyd edib ki, ümumiyyətlə, Avropa Parlamentinin deputatlarıuzun müddətdir ki, Azərbaycana qarşı qarayaxma kompaniyasında fəaliştirak edirlər və Azərbaycanın haqq səsinin, beynəlxalq hüququnbərpasının, öz suverenliyinin və ərazi bütövlüyünün bərpaedilməsini həzm edə bilmirlər.

"Təbii ki, Natali Luazonun səsləndirdiyi ermənilərin Qarabağdanetnik təmizləməyə məruz qalması və guya Azərbaycanın oradakı etnikermənilərə qarşı həyata keçirdiyi etnik təmizləmə məsələsiniqabartmaqla, Ermənistanda revanşizmin alovlanmasına və daha çoxpost- münaqişə dövründə konstruktiv mühitin yaranmasına zərbəvurur. Bu baxımdan Natali Luazonun və ümumiyyətlə, AvropaParlamentinin 2020-ci ildən bəri olan mövqeyi qəbul edilməzdir.Hətta yeni seçilmiş Avropa Parlamentinin deputatları belə öz keçmişsələflərindən geri qalmayaraq, Azərbaycana qarşı qarayaxmakompaniyasında sanki yarışa çıxırlarmış kimi ölkəmizə qarşıkompaniyanın aparılmasında iştirak edirlər", - deputat əlavəedib.

Onun sözlərinə görə, yaxşı olardı ki, Natali Luazo Azərbaycanındaxili işlərinə qarışmaq əvəzinə, Avropa qitəsində olan problemlərixüsusilə də Fransanın özünün daxilində baş verən məsələləri vəFransanın müstəmləkəçilik siyasiətini ifşa edərdi.

"Məlumdur ki, son zamanlar Fransa Qarabağda və başqa yerlərdəinsan hüquqlarından, demokratiyadan danışsa da özü heç dədemokratik prinsiplər və insan hüquqlarına hörmət etmir. Buna örnəkolaraq, Yeni Kolodoniyada və Martinik bölgələrində Fransanınmüstəmləkə ərazilərində baş verən hadisələri göstərmək olar ki,fransız qüvvələri həmin regionlarda yaşayan və Fransanın işğalıaltında qalmağa davam edən ərazilərdə insanların hüquqlarınıpozurlar, öz hüquq və azadlıqlarını tələb edən insanlara atəşaçaraq onların həyatına qarşı laqeyd yanaşırlar.

Beləliklə, biz bütün bu məsələləri gözə alaraq, Natali Luazonunçıxışını riyakarlıq, ikiüzlülük və öz məkrli, çirkin, siyasiplanlarını ört basdır etmək kimi qiymətləndiririk və Natali LuazonuAvropa Parlamentində daha konstruktiv olmağa və Azərbaycanın daxiliişlərinə qarışmamağa çağırırıq", - o qeyd edib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
2
az.trend.az

3Sources