EN

Jurnalistlər və sosial media blogerləri üçün təşkil edilən təlim proqramı başa çatıb

İsmayıllı, 20 sentyabr, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə İsmayıllıda keçirilən jurnalistlər və sosial media blogerləri üçün təlim proqramı başa çatıb.

AZƏRTAC xəbər verir ki, sentyabrın 17-19-da keçirilən təlim proqramının son günündə gender və uşaq məsələləri üzrə ekspert Abil Bayramov gender və uşaq hüquqları ilə bağlı beynəlxalq və milli qanunvericilik, həmçinin məişət zorakılığı və onun qarşısının alınmasında medianın rolu mövzularına toxunub, interaktiv, maarifləndirici nümunələrlə iştirakçılara problemin mahiyyətini izah edib. Eləcə də qadın və uşaq hüquqlarının düzgün işıqlandırılması prinsipləri, media vasitəsilə gender stereotipləri və məişət zorakılığı halları ilə bağlı informasiya hazırlayarkən jurnalistlərin etik davranış qaydaları, həssas qruplarla ünsiyyətin xüsusiyyətləri, onlarla müsahibə aparılması qaydaları barədə məlumat verib.

Sonra təlim interaktiv müzakirə və qrup işləri ilə davam edib.

Təlimin yekununda çıxış edən BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin (CEDAW) üzvü, fəlsəfə dokroru Elgün Səfərov media nümayəndələrini və sosial media fəallarını gender problemlərinin həlli, zorakılığa qarşı mübarizə, qadın və uşaq hüquqlarının qorunması, Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi istiqamətində görülən işlərdə birgə əməkdaşlığa çağırıb.

Sonda jurnalistlərə və sosial media blogerlərinə fəal iştiraka görə sertifikatlar təqdim edilib.

Xatırladaq ki, təlim proqramı “2024-2026-cı illər üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kommunikasiya Strategiyası”nın tədbirlər planı çərçivəsində keçirilir və məqsəd jurnalistlərin, eləcə də blogerlərin ailə, qadın və uşaq problemlərinin mediada düzgün işıqlandırılması istiqamətində bilik və bacarıqlarının gücləndirilməsi, uşaq hüquqları və gender bərabərliyinə dair informasiyanın yayımlanmasında həssaslığın artırılmasıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
4
azertag.az

5Sources