EN

ÇL: Liqa mərhələsinin ilk turunda son oyun gününün rekord və antirekordları

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UEFA Çempionlar Liqasının Liqa Mərhələsinin birinci turuna keçirilən altı görüşlə yekun vurulub.
Oxu.Az xəbər verir ki, 27 noyabr 1997-ci ildən (6 oyun) sonra ilk dəfə UEFA Çempionlar Liqasının bir turu cümə axşamı keçirilib.
Görüşlərdə qeydə alınan rekord və antirekordlar belədir:
"Monako" - "Barselona" 2:1
"Monako" UÇL-dəki mənfi seriyasını bitirdi (qələbəsiz 14 oyun: 3 heç-heçə və 11 məğlubiyyət). Avropanın ən yaxşı 5 liqasından olan komanda üçün Çempionlar Liqasındakı ən pis seriya olub.
"Barselona" UEFA Çempionlar Liqasına tarixində 3-cü dəfə məğlubiyyətlə başlayır (1997-ci ildə "Nyukasl Yunayted" və 2021-ci ildə "Bavariya").
Corc İlenixena (18 yaş 34 gün) 2017-ci ildə Kilian Mbappenin müəyyən etdiyi klub rekordunu (18 yaş 63 gün) yeniləyərək, "Monako" üçün Çempionlar Liqasında ən gənc qol vuran futbolçu olub.
İlenixena Çempionlar Liqasında Fransa klubu ilə qol vuran üçüncü ən gənc oyunçudur, ondan öncə:
Zairi-Emeri (PSJ) 17 yaş 280 gün,
Kərim Benzema ("Lion") 17 yaş 352 gün.
Erik Qarsiyanın (10-cu dəqiqədə) qırmızı vərəqə alması "Barselona"lı futbolçunun Avropa yarışları tarixində ən erkən meydandan qovulduğu an olub.
"Atalanta" - "Arsenal" 0:0
"Arsenal" İtaliyada Çempionlar Liqasının son dörd səfər oyununda qol vura bilməyib.
David Raya 11 mart 2014-cü ildən bəri Çempionlar Liqasında penaltini dəf edən ilk "Arsenal" qapıçısıdır (Lukaş Fabianski).
"Feyenoord" - "Bayer Leverkuzen" 0:4
Bu, "Bayer Leverkuzen" komandasının Avrokubok/UÇL tarixində ən böyük səfər qələbəsidir.
Florian Virts UEFA Çempionlar Liqasında debütündə 2+ qol vuran ilk alman futbolçu olub.
Florian Virts UEFA Çempionlar Liqasında ilk qolunu vurub (4 dəqiqə 37 saniyə).
Florian Virtsin ilk qolu "Bayer Leverkuzen" üçün Çempionlar Liqasındakı ən erkən səfər qolu olub.
"Brest" - "Şturm Qraz" 2:1
"Brest" XXI əsrdə Çempionlar Liqasında 2001-ci ildə "Lill" və 2012-ci ildə "Monpelye", 2020-ci ildə "Renn" ilə heç-heçədən sonra qələbə ilə debüt edən ilk Fransa komandası olub.
"Srvena Zvezda" - "Benfika" 1:2
Milson ("Srvena Zvezda") 26 noyabr 1997-ci ildə "Sportinq Lissabon" üçün qol vuran Luis Miqeldən sonra Çempionlar Liqasında qol vuran ikinci anqolalı oyunçudur.
Orkun Kökçü ("Benfika") 29 sentyabr 2021-ci ildən bəri Çempionlar Liqasında birbaşa cərimə zərbəsindən qol vuran ilk türk oyunçudur (Burak Yılmazın qolu, "Lill"in heyətində "Zaltsburq"la görüşdə).
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
50
oxu.az

10Sources