EN

Sülhə ən ciddi maneə Ermənistan Konstitusiyasıdır - HƏQİQƏTƏN DƏ...

"Ermənistanın təhlükəsizliyinə təminat yalnız sülh ola bilər". Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O vurğulayıb ki, dünyada Ermənistanın təhlükəsizliyini təmin etməyə qadir olan heç bir ölkə və ya hərbi blok yoxdur: "Ermənistan regionda sülh təmin olunacağı halda özünün təhlükəsizliyini təmin edə bilər. Təhlükəsizlik təminatlarından danışırıqsa, yalnız bir təhlükəsizlik zəmanəti var – sülh. Azərbaycana deyirik ki, gəlin razılaşdırdığımız maddələri imzalayaq, razılaşdırılmamış məsələlərə keçək, amma onlarda belə bir fikir var ki, yox, bütün maddələr razılaşdırılmayana qədər sülh müqaviləsi imzalanmamalıdır". Paşinyan bildirib ki, həmin müqavilədə Azərbaycanın aylar əvvəl təklif etdiyi, razılaşdırılmayan bir maddə var: "Deyək ki, hamısı razılaşdırılmış X sayda maddə var. Tərəflərdən biri deyə bilər ki, başqa bir maddə də var və bu barədə də razılaşmaq lazımdır. Bununla razılaşa bilərik, o zaman başqa bir maddə ortaya çıxa bilər. Heç yerdə yazılmayıb ki, sülh müqaviləsi 25 maddədən ibarət olmalıdır, 14 və ya 17 maddə ola bilməz. Həmişə başqa bir maddə ortaya çıxa bilər və tərəflərdən biri deyə bilər ki, bununla razılaşana qədər müqavilə imzalamağı mənasız hesab edirik. Fakt budur ki, bütün mümkün suallara cavab verən müqavilə yoxdur”. Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə postmünaqişə dövründə regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub. Azərbaycanla Ermənistan arasında normallaşma və sülh sazişi üzrə aparılan proses barədə qarşı tərəfə məlumat verilib. Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu xatırlanıb. Bölgədəki mina təhdidləri qeyd edilib, bu istiqamətdə mümkün əməkdaşlıq nəzərdən keçirilib. Sülh sazişi üzrə danışıqlarda əhəmiyyətli irəliləyişə baxmayaraq, yekun sülh sazişinin imzalanmasına ən ciddi maneənin başda Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin bir sıra hüquqi və siyasi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının davam etməsi olduğu vurğulanıb. Bundan əlavə, Ermənistanın hərbiləşdirilməsi siyasətinin bölgədə sülh və sabitliyə xidmət etmədiyi bildirilib. Politoloq Fuad Abbasov "Sherg.az"a bildirib ki, Ermənistan hər dəfə müxtəlif səbəb göstərərək sülh müqaviləsindən və danışıqlardan boyun qaçırır. Analitik vurğulayıb ki, söhbət sadəcə Mirzoyandan, Paşinyandan getmir, keçmiş hakimiyyətlərin dönəmində də İrəvan axıradək getmir, bir müddətdən sonra nədənsə imtina edirdilər: "Ermənistan hökuməti mütəmadi sülhdən danışsa da, "müqavilənin 80 faizi hazırdır, sabah sülhü imzalamağa hazırıq" kimi bəyanatlar səsləndirsə də, əslində, vasitəçisiz, yəni ikitərəfli qaydada müzakirələri davam etdirməyə hazır deyil. Son günlər baş verən bir neçə hadisə bunu isbatlayır. Guya Rusiyaya üz çevirdikləri iddia olunsa da, hələ də İrəvan hökumətinin bir qulağı Qərbdə, bir qulağı Moskvadadır. İndi də ortalığa İran çıxıb. Tehran da sülhə, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır. Yəni Ermənistana hər zaman nəsə mane olur. Problem ondadır ki, İrəvan hakimiyyəti sərbəst, müstəqil siyasi iradə sahibi deyil. Öz qərarlarını özləri verə bilmirlər. Ermənistanda rejim, hakimiyət dəyişsə də, qeyri-müəyyənlik və tərəddüdlü yanaşma dəyişməyib. Fərqli nəticə olacağını düşünmürəm. İndiyədək böyük dövlətlərin diktəsi ilə oturub-duran Ermənistan bundan sonra da eyni müstəvidə hərəkət edəcək. Azərbaycan və Türkiyə ilə normal münasibətlərin formalaşması, qalıcı sülhün əldə olunması üçün ilk növbədə Ermənistanın konstitusiyası dəyişməli, ərazi iddialarına son verilməlidir. Əks halda sülh və müzakirələrin irəliləməsi imkansızdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
dia-az.info

1Sources