EN

Rayon rəhbəri Həcc ziyarətindən qayıdan şəhid anasını ziyarət etdi - FOTO

44 günlük Vətən müharibəsi şəhidi Məmmədli Tural Aqil oğlunun anası GüldanəMəmmədova Səudiyyə Ərəbistanından Həcc ziyarətindən qayıdıb. Tərtər Rayonİcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatınınsədri Eldar Əsədov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi,Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov və şəhid ailələri ilə birlikdə şəhidanasını ziyarət edib.Süfrə arxasında Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi anılıb.Rayon rəhbəri şəhid anasına oğlunun şəhadətə qovuşması ilə bağlı başsağlığıverərək, ona rəhmət diləyib və ailəsinə Tural kimi igid bir oğul böyütdüyü üçünminnətdarlığını bildirib.Qeyd edək ki, Məmədəli Tural Aqil oğlu 1998-ci il martın 22-də Tərtərrayonunun Bəyimsarov kəndində doğulub, Azərbaycan Ordusununmüddətdən artıq xidmət keçən hərbi qulluqçusu kimi Vətən müharibəsindəiştirak edib, oktyabrın 9-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidolub.Onun nəşi neytral zonada olduğu üçün çətinliklə tapılıb və noyabr ayının 4-dədoğulduğu Bəyimsarov kəndində dəfn olunub.Şəhid Məmmədli Tural Aqil oğlu ölümündən sonra Aəzrbaycan RespublikasıPrezidentinin müvafiq sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”,“Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tural kimioğulların keçdiyi döyüş yolunun, onların qısa, ancaq şərəfli ömür yolunungənclərimizə bir örnək olduğunu bildirərək, onun xatirəsinin daim qəlblərdəyaşayacağını deyib, anaya uzun ömür, can sağlığı, dözüm və dəyanət arzulayıb.Şəhid anası onlara göstərilən diqqət və qayğıya görə AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentMehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildirib.Dia-az.İnfo

Chosen
22
dia-az.info

1Sources