EN

Azərbaycanda taksidən istifadə edənlərin sayı artıb

Azərbaycanda taksi xidmətindən istifadə edən sərnişinlərin sayında artım qeydə alınıb.

Olaylar xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2024-cü ilin yanvar-avqust aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1140 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz artım qeydə alınıb. Sərnişinlərin 95,2 faizi avtobus, 4,8 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 10,2 faiz artıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları üzrə göstəricilərdə isə minik taksilərinin xidmətlərindən istifadə edənlər 4,7 faiz təşkil etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
9
olaylar.az

10Sources