EN

NYT: Qolf zamanı Trampın təhlükəsizliyinə zəmanət vermək olmur

Məxfi Xidmət rəisi vəzifəsini icra edən Ronald Ro Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa xəbərdarlıq edib ki, onun qolf meydançalarında qolf oynayarkən təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görülməlidir.

APA xəbər verir ki, bu barədə çərşənbə axşamı “New York Times” öz mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Ro bu barədə Trampa bazar ertəsi şəxsi görüşü zamanı, ABŞ hökumətinin ən yüksək ofisinə namizəd qolf oynamağa davam etməsinin təhlükəsiz olub-olmadığını soruşduqda məlumat verib.

Ro deyib ki, Tramp ictimai yolların yaxınlığında yerləşən geniş meydançalarda oynadığı zaman Gizli Xidmətin işini yerinə yetirməsini çətinləşdirir.

Chosen
37
5
apa.az

6Sources