EN

"Bizim heçnədən xəbərimiz yoxdur" - ABŞ

ABŞ Livanda rabitə qurğularının partladılması hadisəsində iştirak etməyib və onların baş verəcəyi barədə əvvəlcədən məlumatı olmayıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

"Mən sizə deyə bilərəm ki, ABŞ bu işdə iştirak etmir. Birləşmiş Ştatlar bu hadisələrin baş verəcəyini əvvəlcədən bilmirdi. Vaşinqton baş verənlərlə bağlı məlumat toplayır”, - deyən diplomat əlavə şərh verməkdən imtina edib.

Onun sözlərinə görə, hadisənin Qəzza zolağında atəşkəs danışıqlarına təsir edə biləcəyini söyləmək hələ tezdir.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
50
teleqraf.com

10Sources