EN

İRİA: Xidmətlərin rəqəmsallaşdırılması üçün dövlət qurumları ilə yol xəritəsi hazırlamışıq

Hazırda “mygov” üzərindən 40-dan artıq məlumat və sənəd istifadəyə verilib, amma onlardan 4-nün hüquqi əsası yaradılıb.

Bunu jurnalistlərə açıqlamasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin idarə heyətinin sədri İnarə Vəliyeva deyib.

“Bunlar ölüm haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə, nigah haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsidir”, – deyə İ.Vəliyeva əlavə edib.

İ.Vəliyeva dövlət xidmətlərinin də “mygov”a köçülürməsi barədə fikirlərini bölüşüb:

“Hazırda demək olar ki, bütün xidmətlər əslində “mygov” üzərindən təqdim edilir. Amma biz onları maksimum olaraq vətəndaşyönümlü etməyə çalışırıq. Yəni ki, həyat hadisələri formatında təqdim etmək istəyirik. Tutaq ki, bu gün hansısa vətəndaşın övladı dünyaya gəlibsə, o, prosesin əvvəlindən sonuna qədər rəqəmsallaşdırılmış formada, yəni digər dövlət qurumlarına getmədən və ya platformadan platformaya keçid etmədən özünə lazım olan xidməti ala biləcək. Bu, artıq 3 həyat hadisəsi, yəni ölüm, doğum və nigah hadisələri üçün mümkündür. Nigahda bu tam rəqəmsal olmayacaq. Yəni insan sonda mütləq gedib fiziki olaraq da prosedə iştirak etməlidir”.

İ.Vəliyeva qeyd edib ki, ümumilikdə 11 həyat hadisəsi var və onlardan hər birinin 2026-cı ilin sonuna qədər rəqəmsallaşdırılması planlaşdırılır:

“Eyni zamanda, bir çox dövlət qurumu var ki, onların ən çox fiziki formada istifadə olunan xidmətlərini biz “mygov”da maksimim asanlaşdırılmış şəkildə təqdim etməyə hazırlaşırıq. Bu dövlət qurumları onlarladır. Biz həmin qurumlarla yol xəritəsi qurmuşuq ki, hansı xidmətləri hansı ardıcıllıqla rəqəmsallaşdırdığımızı müəyyən edək. Eyni zamanda datanı təmizləyirik. Bu gün vətəndaş tətbiqə daxil olduqda bəzən deyir ki, hansısa məlumat səhv göstərilib və ya məlumat çatışmır. Bütün bunların aradan qaldırılması üçün birgə əməkdaşlıq tələb olunur”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
48
banker.az

10Sources