EN

Azərbaycanda bütün rəqəmsal dövlət xidmətləri “mygov” üzərindən təqdim ediləcək

Vətəndaşların vahid bir platformadan bütün dövlət qurumlarının xidmətlərinə əlçatanlığını təmin etməyi qarşımıza məqsəd qoymuşuq.

Bunu yenilənmiş “mygov” rəqəmsal hökumət plarformasının təqdimatı zamanı sual-cavab sessiyasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin idarə heyəti sədrinin müavini Şahin Əliyev deyib.

O, bildirib ki, müxtəlif dövlət qurumları ilə xidmətlərin daha əlçatan və rahat formada “mygov” üzərindən təqdim edilməsi ilə bağlı işlər görülür:

“Məsələn, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi ilə şəxsiyyət vəsiqələri və sürücülük vəsiqələrinin inteqrasiya ilə bağlı işlər görmüşük. Növbəti mərhələdə məhkumluq haqqında arayışın “mygov”a gətirilməsi nəzərdə tutulub. Eyni zamanda, mobil notariatın bütün funksionallıqlarının “mygov”a gətirilməsi nəzərdə tutulub. Bu proses davam edəcək”.

Agentliyinin idarə heyətinin sədri İnarə Vəliyeva da bildirib ki, ümumi baxış bütün xidmətlərin bir platforma üzərində toplanmasından ibarətdir:

“Amma bu müəyyən vaxt aparan bir prosesdir. Çünki biz bu xidmətləri nir yerə toplamazdan öncə başqa plaforma və mobil tətbiqlər yaradılmışdı. Biz prosesə bu şəkildə başlamalı idik. Əvvəlcə “mygov”u təqdim etməli idik ki, daha sonra hamıdan bura toplanmağı tələb edək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
48
banker.az

10Sources