EN

Qəbul imtahanlarında 600-dən yüksək bal toplayan gənclərin nəzərinə

Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarında 600-dən yüksək bal toplayan gəncləri “Bilik yarışının öncülləri” layihəsinə qoşulmağa dəvət edir.

DİM-dən Doğru.az-a bildirilib ki, “abiturient.az” saytında ayrıca bir bölmə qəbul imtahanlarında 600 və daha yüksək bal toplayan gənclərə həsr olunur. Həmin portalda indiyədək 26 minə yaxın şəxs haqqında məlumat dərc olunub.

Xatırladaq ki, “Bilik yarışının öncülləri” layihəsi 2016-cı ildən istifadəyə verilib. Layihənin məqsədi yüksək bal toplamış gənclərin təbliği ilə yanaşı, bilik yarışının öncüllərinin təcrübələrini şagirdlərə, gələcək abituriyentlərə örnək kimi təqdim etməkdir.

Tələblər şəxsi kabinetinin istifadəçi adı və iş nömrəsindən istifadə etməklə “abiturient.az” saytında təqdim olunan anket-sorğusunu doldurmalıdırlar. Anket-sorğu yalnız bir dəfə və bütün bəndləri doldurulur. Saytda yalnız anket-sorğusunu doldurmuş və “Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin abiturient.az saytında təqdim olunmasına razısınızmı?” sualına “bəli” cavabını qeyd etmiş gənclər haqqında məlumat veriləcək.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
14
dogru.az

10Sources