AZ

DİM-dən 600-dən çox bal toplayan gənclərə ÇAĞIRIŞ

Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarında 600-dən çox bal toplayan gənclərə çağırış edib. 

Bizim.Media xəbər verir ki, DİM həmin gəncləri “Bilik yarışının öncülləri” layihəsinə qoşulmağa dəvət edib. 

DİM-dən bildirilib ki, “abiturient.az” saytında ayrıca bir bölmə qəbul imtahanlarında 600 və daha yüksək bal toplayan gənclərə həsr olunur. Həmin portalda indiyədək 26 minə yaxın şəxs haqqında məlumat dərc olunub. 

"Əziz bilik yarışının öncülləri! 

Bu layihədə fəal iştirak edin və təcrübənizi paylaşın.  

Bunun üçün Siz, şəxsi kabinetinizin istifadəçi adı və iş nömrəsindən istifadə etməklə abiturient.az saytında təqdim olunan anket-sorğusunu doldurmalısınız. Anket-sorğusu yalnız bir dəfə və bütün bəndləri doldurulur.

Nəzərinizə çatdırırıq ki, saytda yalnız anket-sorğusunu doldurmuş və "Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin abiturient.az saytında təqdim olunmasına razısınızmı?" sualına "bəli" cavabını qeyd etmiş gənclər haqqında məlumat veriləcək", - DİM bildirib. 

Xatırladaq ki, “Bilik yarışının öncülləri” layihəsi 2016-cı ildən istifadəyə verilib. Layihənin məqsədi yüksək bal toplamış gənclərin təbliği ilə yanaşı, bilik yarışının öncüllərinin təcrübələrini şagirdlərə, gələcək abituriyentlərə örnək kimi təqdim etməkdir. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
14
bizim.media

10Mənbələr