EN

Avropanın ən çox axtarılan cinayətkarlarından biri İspaniyada saxlanılıb

İspaniya Milli Polisi narkotik alverində ittiham olunan Avropanın ən çox axtarılan cinayətkarlarından birini ələ keçirib.

Bu barədə İspaniya Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, Milli Polis əməkdaşları adı açıqlanmayan narkobaronu Madriddə həbs ediblər. O, digər ailə üzvləri və yaxın ətrafı ilə birlikdə cinayətkar təşkilata rəhbərlik edib.

Vurğulanıb ki, cinayətkar Belçikada olduğu 2014-2018-ci illər ərzində 4 milyon avrodan çox gəlir əldə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
10
azpolitika.info

8Sources