EN

ABŞ kəşfiyyatı Trampı İrandan gələn təhdidlər barədə məlumatlandırıb

ABŞ kəşfiyyatı hesab edir ki, İran Donald Tramp və onun ətrafına qarşı hücumları gücləndirməyi planlaşdırır...

Poliqon xəbər verir ki, CNN telekanalının məlumatına görə, bununla bağlı kəşfiyyat bu yaxınlarda Respublikaçılar Partiyasından prezidentliyə namizədin qərargahını məlumatlandırıb.

Telekanalın mənbələri qeyd ediblər ki, bu məlumatların qolf klubuna sui-qəsd cəhdi ilə bağlı olduğuna dair heç bir əlamət yoxdur.

“Həmin kəşfiyyat məlumatlar potensial fiziki və kiberhücumlarla bağlı idi”, deyə mənbələrdən biri qeyd edib.

Xatırladaq ki, iyul ayında Donald Trampa qarşı ilk sui-qəsd cəhdindən sonra CNN də ABŞ səlahiyyətlilərinin Donald Trampa qarşı İranın sui-qəsd planına dair kəşfiyyat məlumatı aldığını bildirib. Kanal həmçinin qeyd edib ki, sui-qəsdçi Tomas Metyu Kruksla İran arasında əlaqəyə dair heç bir əlamət yoxdur. Tehran ittihamları rədd edib.

Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd Donald Trampın həyatına ikinci cəhd Floridada onun qolf klubunda baş verib.

Poliqon.info

Chosen
22
5
poliqon.info

6Sources