EN

Aİ Priqojinin anasına qarşı sanksiyaları ləğv edib

Avropa İttifaqı (Aİ) "Wagner" Özəl Hərbi Şirkətinin yaradıcısı Yevgeni Priqojinin anası Violetta Priqojinaya və Nikita Mazepinə qarşı sanksiyaları ləğv edib. Bu barədə Aİ-nin rəsmi saytında dərc olunan sənəddə məlumat verilib.

Xatırladaq ki, Priqojinin anasına qarşı sanksiyalar 2022-ci ilin fevralında tətbiq edilib. Avropa İttifaqı onun oğlunun təsis etdiyi və 2019-cu ilə qədər ona məxsus olmuş “Concord” şirkətlər qrupuna daxil olan “Concord Management and Consulting” MMC-nin, eləcə də Priqojinlə əlaqəli digər şirkətlərin sahibi olduğunu müəyyən edib.

Nikita Mazepin isə biznesmen Dmitri Mazepinin oğludur. O da 2022-ci ilin martından sanksiyalar altındadır.

Tural

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
news365.az

1Sources