Bakı. Trend:
Bu gün Azərbaycan Premyer Liqasının VI turuna startveriləcək.
Trend İdman.biz-əistinadən xəbər verir ki, turun açılış matçı Bakıdakeçiriləcək.
“Araz-Naxçıvan” “Gəncə”ni sınağa çəkəcək. Oyunu əlamətdar edənməqamlardan biri Azər Bağırovun yeni komandasını ilk oyuna sabiqklubuna qarşı çıxartmasıdır.
Azərbaycan Premyer Liqası
IV tur
13 sentyabr (cümə)
19:30. "Araz-Naxçıvan" – "Gəncə"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev,Şirmamed Mamedov, Elvin Bayramov
VAR: Cavid Cəlilov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Liv Bona Dea Arena”, 19:30
Bombardirlər: Davit Volkov ("Zirə") - 3 qol,Coy Lens Mikels ("Sabah") - 3 qol, Abdullah Zubir ("Qarabağ") - 2qol, Riçard Almeyda ("Qarabağ") - 2 qol, Xəyal Nəcəfov ("TuranTovuz") - 2 qol, Ayman Bouali ("Səbail") - 2 qol, Suleyman, Alluş("Səbail") - 2 qol, Namik Ələskərov ("Sabah") - 2 qol, CesseSekidika ("Sabah") - 2 qol.
Qeyd edək ki, turun digər görüşlərində sabah “Şamaxı”“Sumqayıt”ı, “Qarabağ” “Səbail”i qəbul edəcək. Sentyabrın 15-i“Zirə” “Neftçi” ilə “Sabah” “Turan Tovuz”la qarşılaşacaq.