İngiltərə Futbol Federasiyası milli komandanın baş məşqçisi postuna axtarışları davam etdirir. Sport24.az xəbər verir ki, hazırda yığmanı çalışdırmağa ən real namizəd Frenk Lemparddır. Bu barədə "Telegraph" nəşri məlumat yayıb.
Â
Lempardla yanaşı, "Nyukasl"ın baş məşqçisi Eddi Hau və son olaraq "Çelsi"yə rəhbərlik etmiş Qrem Potter də namizədlər arasında yer alıb.
Â
Qeyd edək ki, Qaret Sautqeyt İngiltərə millisinin baş məşqçisi postundan istefa verib. Yığma müvəqqəti olaraq Li Karsliyə tapşırılıb.