EN

Qeyri-peşəkar astronavtlar kosmosda – Video


“SpaceX”, qeyri-peşəkar astronavtlar tərəfindən ilk kosmos yürüşünü həyata keçirib.
Yeniavaz.com
xəbər verir ki, hadisə “Polaris Dawn” missiyasının bir hissəsi olaraq baş verib.
Qeyd edək ki, sentyabrın 10-da ilk kommersiya kəşfiyyat missiyası “Polaris Dawn” start götürüb. “Crew Dragon” Florida ştatının Kanaveral burnundan buraxılıb. Ekipajın tərkibinə “SpaceX” ilə birlikdə “Polaris” missiyasını maliyyələşdirən milyarder Cared Aysekman, ABŞ Hərbi Hava Qüvvələrinin təqaüdçü polkovnik-leytenantı Skott Potit, həmçinin “SpaceX”in iki əməkdaşı – kosmik əməliyyatlar üzrə aparıcı mühəndis Anna Menon və astronavt hazırlığı üzrə mühəndis Sara Cillis daxil olub.
Sentyabrın 11-də “Polaris Dawn” missiyasının Yer orbitində 1400 kilometr yüksəkliyə qalxaraq rekorda imza atdığı açıqlanıb.
Astronavtlar Yerdən 700 kilometr yüksəklikdə kosmosa çıxıblar. Kosmosa iki missiya iştirakçısı çıxıb Cared Aysekman və Sara Cillis. Onlar növbə ilə gəmini təxminən on dəqiqə tərk edərək lyukdakı nərdivanda dayanaraq skafandrlarının hərəkətliliyini yoxlayıb. Skott Potit və Anna Menon bu zaman təzyiqsiz kapsulda yaxınlıqda durub.
“Polaris Dawn” missiyası daha iki gün davam edəcək. Bu müddət ərzində astronavtlar 40-a yaxın təcrübə aparacaqlar. Bundan sonra gəmi və ekipajı Yerə qayıdacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
yeniavaz.com

1Sources