EN

Azərbaycanda əhali ərzağa 8 ayda 16,9 milyard manat xərcləyib

2024-cü ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində 16 milyard 878,9 milyon manatlıq ərzaq məhsulları satılıb.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-avqust aylarına nisbətən 2% çoxdur.

Bu ilin 8 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,8% faizi ərzaq məhsullarının alınmasına sərf olunub.

Təkcə iyul ayında ərzağa xərclənən vəsaitin məbləği isə 2 milyard 551,7 milyon manat təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
28
1
fed.az

10Sources