Ermənistanda Razdan İstilik Elektrik Stansiyasının ərazisində fəaliyyət göstərməyən tökmə zavodunda partlayış baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Partlayış nəticəsində 1 nəfər ölüb, daha 5-i yaralanıb.
Hadisənin səbəbləri barədə məlumat verilmir.
Bizim.Media