EN

Qəzzada ölənlərin sayı 41 min 20-yə yüksəldi

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 41 mini keçib.
 
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi açıqlama verib. 
 
İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində 3 qırğın həyata keçirdiyi və bu hücumlarda daha 32 fələstinlinin həyatını itirdiyi, 100 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin 7 oktyabrdan etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 41 min 20-yə, yaralı sayının isə 94 min 925-ə yüksəldiyi qeyd edilib.

Açıqlamada həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən təcili yardım qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Qeyd edək ki, İsrailin Qəzza zolağına hücumu artıq  340 gündür ki, davam edir.
 
Oksana
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
17
7
azxeber.com

10Sources