EN

Anası dərslərini oxumayan 7 yaşlı qızını xəstəxanalıq etdi

Xudat şəhərində azyaşlı anası tərəfindən döyülüb. 

"Unikal"ın Şimal bürosunun məlumatına görə, hadisə şəhərin Əbilov küçəsində qeydə alınıb.

Belə ki, Qusar rayon sakini 7 yaşlı Zəhra Camal qızı ailəsi ilə birlikdə kirayə qaldıqları evdə anası Səyyarə Qayıbova tərəfindən döyülüb. 

Hadisəyə səbəb isə azyaşlı Zəhranın dərslərinə hazırlaşmaması olub. 

Yaralı ağır bədən xəsarətləri ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Onun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

Xanlar Qaraca

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
41
50
unikal.az

10Sources