EN

İstanbul Hava Limanı Google-da Avropanın ən yaxşısı seçilib

Bakı, TurkicWorld

Google istifadəçiləri İstanbul Hava Limanını Avropanın ən yaxşısı seçiblər

TurkicWorld xəbər verir ki, bu barədə İstanbul Hava Limanı Operatoru İGA-nın Baş İcraçı Direktoru Səlahəddin Bilgen sosial media hesabında açıqlayıb.

Bilgen paylaşımda "Google şərhlərində də göründüyü kimi, bizi seçən və uğurumuza töhfə verən hər kəsə dərin minnətdarlığımızı bildiririk. İstanbul Hava Limanını Avropanın ən yaxşısı etdiyiniz üçün təşəkkür edirik," deyə qeyd edib.

Qeyd edək ki, araşdırmada Avropa hava limanları arasında 100 mindən çox Google şərhinə əsasən İstanbul Hava Limanı 4,4 balla birinci yerdə qərarlaşıb. İstanbul Hava Limanını isə sıra ilə Porto, Afina, Çexiya və Sürix hava limanları izləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
64
35
turkic.world

10Sources