EN

Gürcüstan Bakının tələbi ilə saxlanılan jurnalistin sığınacaqla bağlı müraciətinə baxır

Yayımlandı: 9 Sentyabr 2024 13:50 Sığınacaqdan imtina edildiyi təqdirdə müdafiə tərəfi məhkəməyə müraciət edəcək Gürcüstanın Miqrasiya Xidməti Bakının tələbi ilə Tbilisidə həbs edilən azərbaycanlı jurnalist Əfqan Sadıqova sığınacaq verilməsi məsələsinə baxır. Bu barədə jurnalistlərə onun vəkili Dmitri Nozadze məlumat verib. “İndi biz miqrasiya xidmətindən cavab gözləyirik, bundan sonra miqrasiya departamenti ona sığınacaq verib-verməməyə qərar verəcək”, – Nozadze Mtavari-də deyib. Sentyabrın 3-də miqrasiya xidmətinin əməkdaşları həbsxanada S.Sadıqovla söhbət aparıblar. Həyat yoldaşı Sevinc Sadıqovanın sözlərinə görə, jurnalist onlara Azərbaycan və Gürcüstanda təqiblər, saxta ittihamlarla işlərin başlanması barədə məlumat verib. Sığınacaqdan imtina edildiyi təqdirdə müdafiə tərəfi məhkəməyə müraciət edəcək. Əfqan Sadıqov Qldani həbsxanasında saxlanılır. Sevinc Sadıqova həyat yoldaşının səhhətinin pisləşdiyini deyir. “O, çox pis görünür. Əslində ac olduğunu və həbsxanada yeməklərin çox cüzi və keyfiyyətsiz olduğundan normal yemədiyini deyib. Ailəsinə yemək gətirməyə icazə verilmir”, – jurnalistin həyat yoldaşı bildirib. Sadıqov avqustun 3-də Tbilisidə saxlanılıb. Gürcüstan hakimiyyəti onu hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunduğu Azərbaycana deportasiya etmək niyyətindədir. Əfqan Sadıqov həbsxanadan keçmiş çoxsaylı azərbaycanlı jurnalistlərdən biridir. O, Azərbaycanın “Azel.tv” saytının baş redaktoru olub. 2020-ci ildə Azərbaycanda hədə-qorxu ilə pul tələb etmə ittihamıyla 7 il müddətinə azadlıqdan məhrum edilib. 2023-cü ilin mayında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əfv edilib. Sadıqov təqsirini boynuna almayıb. O, həbsxanada aclıq aksiyasına başlayıb və ittihamları peşə fəaliyyəti ilə əlaqələndirib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sadıqov Tbilisidə saxlanıldıqdan sonra gürcü jurnalistlər Gürcüstan Daxili İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirərək həmkarlarının azadlığa buraxılmasını tələb ediblər. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
71
50
xural.com

10Sources