AZ

Məhkəmə malları gömrükdən pulsuz keçirəcəyini deyən qadınla bağlı qərar çıxardı

Ali Məhkəmədə Bakıda dələduzluq və rüşvətə təhrik etmədə təqsirləndirilən Sevinc Kərimovanın barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.

 

Bakı Apellyasiya Məhkəməsi məhkum və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyib, Bakı Ağır Cinayətlər Məhkəməsinin Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə məhkum olunmasına dair hökmü dəyişdirib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1- ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə özgənin əmlakını ələ keçirmə məqsədilə zərərçəkmiş şəxsin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirərək dələduzluq etməsi epizodu üzrə və Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə nəzərdə tutulan ictimai təhlükəli əməllərin törədildiyi gündən Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə verilmiş ittihamın bu epizodu üzrə və Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsində nəzərdə tutulmuş əmələ görə cinayət məsuliyyətindən azad edilərək, cinayət təqibinə xitam verilib.

 

Sevinc Kərimovanın Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs 21 fevral 2015-ci il tarixdə şübhəli şəxs qismində tutulub 23 fevral 2015-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün ona təyin olunan azadlıqdan məhrumetmə cəzasına hesablanmaqla çıxılaraq cəza çəkməsi üçün üzərində qəti olaraq 5 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

 

Qeyd: Araşdırmalar zamanı məlum olub ki, Sevinc Kərimova biznes fəaliyyəti ilə məşğul olan şəxsdən onun xaricdən gətirdiyi malları gömrük rüsumundan yayındıracağını bildirərək onun 50 min manatını ələ keçirib.

 

O, həmçinin həbs edilmiş Fərrux Bayramov adlı şəxsin azadlığa buraxılmasını təşkil edəcəyini vəd edərək onun yaxınlarının 29 min manat rüşvət verməsinə vasitəçilik və təhrik edib.

 

Sevinc Kərimova onu müalicə edən həkimə isə yalandan vəd verərək dayısının Bakıda və Xırdalanda çoxmərtəbəli binalar tikdiyini bildirib. O, həmin həkimdən və oğlundan evin alınması üçün ümumilikdə 43 min manat alıb. Həmin pulun 15 min manatı isə həkimin yeni evlənmiş Elvin adlı oğlunun toyundan yığılan vəsait olub. Lakin sonradan həmin şəxslərin adına heç bir əmlakın sənədləşdirilmədiyi, Sevinc Kərimovanın bütün pulları ələ keçirdiyi üzə çıxıb.

 

Kamal Məmmədov

Tarix: 17 Sentyabr 2024, 09:03   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
pravda.az

10Mənbələr