EN

"Fənərbaxça"nın sabiq futbolçusu silahlı hücuma məruz qaldı

\"Fənərbaxça\" və \"Beşiktaş\" kimi Türkiyə klublarında çıxış edən braziliyalı futbolçu Josef de Souza ölkəsində silahlı hücuma məruz qalıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, oğlu ilə avtomobilində gedərkən oğruların hücumuna məruz qalan Souza şəxsi əşyalarının oğurlandığını açıqlayıb.

Hadisədən sonra video mesaj paylaşan Souza açıqlamasında belə deyib:
 
\"Ayaqlarımdan başmaqları və maşınımı götürdülər. Oğlumun yanında idim və onu oradan çıxara bildim. Hazırda yaxşıyıq\".
 
Mikayıl

Chosen
4
11
azxeber.com

10Sources