EN

Lvov vilayətində hərbçilərin olduğu avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var - VİDEO

Sentyabrın 9-da Ukraynanın Lvov vilayətində yük maşını və hərbçilərin olduğu avtobusun iştirakı ilə qəza baş verib. Ölən və yaralananlar barədə məlumat verilir.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna LVIV.MEDIA-ya istinadən xəbər verir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qəzanın baş vermə səbəblərini müəyyənləşdirirlər.

Yerli nəşrin məlumatına görə, yerli vaxtla qəza saat 03:30 radələrində Kiyev-Çop magistral yolunda, Lvov vilayətinin Stryiski rayonunun Droqovij kəndində, “Maksim” otel-restoranının yaxınlığında baş verib.

Yük maşını ilə toqquşma nəticəsində avtobus sürücüsü hadisə yerində ölüb. Həmçinin 12 hərbçi yaralanıb.

Onu da əlavə edək ki, hələlik qəza ilə bağlı rəsmi məlumat və ya digər təfərrüatlar yoxdur. Eyni zamanda, Lvov Şəhər Şurasının deputatı İqor Zinkeviç yazır ki, ilkin məlumata görə, qəza nəticəsində “bir hərbçi həlak olub, daha on nəfər yaralanıb”.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
81
50
qaziler.az

10Sources