EN

Azərbaycanlı professor Türk dünyasının gənc alimləri üçün ustad dərsi keçib

Bakı, 9 sentyabr, AZƏRTAC

Türküstan şəhərində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı, Türkiyə Elmlər Akademiyası, Türk Dil Qurumu və Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universitetinin dəstəyi ilə Türk dünyasının gənc alimləri üçün “Türkologiya” və “Yeni enerji texnologiyaları” mövzularında yay məktəbləri keçirilib. Yay məktəblərində türk ölkələrindən 37 tanınmış alim mühazirə oxuyub.

“Türkologiya” yay məktəbində AMEA Folklor İnstitutunun Müasir folklor şöbəsinin müdiri professor Füzuli Bayat Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Türkiyə, Azərbaycan, Özbəkistan və Monqolustandan olan gənc alim və tədqiqatçılara “Qədim türk mifologiyası” mövzusunda ustad dərsi keçib.

Bu barədə AZƏRTAC-a Folklor İnstitutundan bildirilib. Mühazirədə türk mifologiyasında dünya modeli, dünyanın üçlü strukturu, Tanrı-ruhlar, Tanrı-insan münasibətləri və s. məsələlərdən bəhs olunub. Mühazirə auditoriya tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında geniş elmi diskussiya aparılıb.

“Türkologiya” yay məktəbi çərçivəsində gənc alimlər Türk dünyasının tarixi, arxeologiyası, dili və ədəbiyyatı üzrə nəzəri və tətbiqi biliklərini dərinləşdirmək imkanı əldə ediblər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
57
6
azertag.az

8Sources