EN

Paris-2024: Paralimpiadanın bağlanış mərasimi keçirilir

Paris-2024 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi start götürüb.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması rəsmi paraddan keçəcək.

"Stad de Frans" stadionunda təşkil olunan mərasimdə bayrağımızı paraatletika üzrə Paralimpiya çempionları Səid Nəcəfzadə və Lamiyə Vəliyeva dalğalandıracaqlar.

Qeyd edək ki, Azərbaycan Paris-2024 Paralimpiadasında 4 qızıl, 2 gümüş və 5 bürünc medalla başa vurub və medal siyahısında 28-ci olub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
28
idman.biz

5Sources