EN

Prokurorluq əməkdaşı yol qəzasında həlak oldu - Foto


Beyləqan rayonunda ağır yol qəzası olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Beyləqan-Daşburun yolunda baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Nazim Habil oğlu Rzayevin idarə etdiyi “KİA Optima” markalı avtomobil aşıb.

Sürücü aldığı xəsarətlərdən vəfat edib. Məlumata görə, qəzada vəfat edən Nazim Rzayev Şəmkir rayon sakinidir. O, Beyləqan rayon prokurorunun köməkçisi vəzifəsində çalışırmış.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
75
34
nuh.az

10Sources