AZ

Prokurorluq əməkdaşı yol qəzasında həlak oldu

Beyləqan rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Beyləqan-Daşburun yolunda qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Nazim Habil oğlu Rzayevin idarə etdiyi “KİA Optima” markalı avtomobil aşıb. Sürücü aldığı xəsarətlərdən dünyasını dəyişib.

Məlumata görə, qəzada vəfat edən Nazim Rzayev Şəmkir rayon sakinidir. O, Beyləqan rayon prokurorunun köməkçisi vəzifəsində çalışırmış.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
34
korrespondent.az

10Mənbələr