EN

Tanınmış jurnalist Hidayət Elvüsal vəfat edib

Tanınmış jurnalist Hidayət Elvüsal vəfat edib.

Bu barədə  Qulu Məhərrəmli məlumat verib.

Q.Məhərrəmli qeyd edib ki, H.Elvüsal dövrünün ən gözəl jurnalistlərindən biri idi: “Hidayətin özünəxas üslubu var idi. “Səhər” qəzetində müəllifi olduğu “Belə-belə işlər” rubrikası çox maraqla qarşılanırdı. Azərbaycan dilinin imkanlarından məharətlə istifadə edirdi. Ruhu şad olsun”.

Qeyd edək ki, Hidayət Yunis oğlu Elvüsal 1949-cu ildə Kəlbəcər rayonunda anadan olub.

1968-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsinə daxil olub. Universitetdə oxuduğu illərdə Kəlbəcərdə çıxan “Yenilik” qəzetində və yerli radioda çalışıb. Sonrakı illərdə “Azərbaycan gəncləri”, “Kommunist”, “Səhər” və başqa qəzetlərdə işləyib.

Ötən əsrin 90-cı illərinin əvvəllərində böyük populyarlıq qazanmış “Sə­hər”  qə­ze­ti­nin ya­ra­dı­cı­la­rın­dan biri olan H.Elvüsal nəşrdə baş re­dak­to­run müa­vi­ni kimi fəaliyyət göstərib. Onun “Be­lə-belə iş­lər” və “Kri­mi­nal” qəzetlərinə də rəhbərlik etdiyini, döv­ri mət­buat­da oçerk­lə­ri, mü­sa­hibə və re­por­taj­la­rı, he­kayə və po­vest­ləri ilə tanınıb.

H.Elvüsal şair Şücaətin qardaşı idi.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
80
25
azpost.info

10Sources