AZ

Tanınmış jurnalist Hidayət Elvüsal dünyasını dəyişdi

Tanınmış jurnalist, publisist Hidayət Elvüsal vəfat edib.

 

Senzor.az bildirir ki, bu barədə KİV-ə onun yaxınları məlumat veriblər.

 

Hidayət Yunis oğlu Elvüsal 1949-cu ildə Kəlbəcər rayonunda anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. Universitetdə oxuduğu illərdə Kəlbəcərdə çıxan “Yenilik” qəzetində və yerli radioda çalışıb.

 

Sonrakı illərdə “Azərbaycan gəncləri”, “Kommunist”, “Səhər” və başqa qəzetlərdə işləyib. "Kriminal" qəzetinin baş redaktoru olub.


Dövri mətbuatda oçerkləri, müsahibə və reportajları, hekayə və povestləri ilə müntəzəm çıxış edib.

 

H.Elvüsal eyni zamanda gözəl mahnı mətnlərinin müəllifi və həvəskar bəstəkar kimi də tanınırdı.


O həm də məşhur şair Şücaətin qardaşı idi.


Allah rəhmət eləsin.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
25
senzor.az

10Mənbələr