EN

MN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini Eldəniz Yəhyayev icra edir

Müdafiə Nazirliyinin (MN) Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini general-mayor Eldəniz Yəhyayev icra edir.

“Far.Az”un əldə etdiyi məlumata görə, E.Yəhyayev bir müddət öncə bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, Eldəniz Telman oğlu Yəhyayevə 2022-ci ildə Prezident İlham Əliyevin "Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında" Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilib.

O, daha əvvəl nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi vəzifəsində çalışıb.

Eldəniz Yəhyayev
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
74
15
far.az

10Sources