EN

Dani Karvaxal AÇ-2024-ün fianlına necə hazırlaşdıqlarını xatırladı

“Real”ın müdafiəçisi Dani Karvaxal İspaniya yığmasının İngiltərə yığması ilə AÇ-2024-ün final oyununa necə hazırlaşdığını xatırlayıb.

Arena.az “The Athletic” dərgisinə istinadən, ispan futbolçunun bu barədə xatirəsini təqdim edir:

“Biz təhlil apardıq və onların güclü tərəfləri ilə bağlı bütün xüsusları öyrəndik. Bellingemin cinahdan cərimə meydançasına keçməsi və cinahda sürətlənməyi sevən Saka haqqında bütün məqamları. Onları saxlamağa çalışdıq, amma yenə də daha yaxşı oynadıq. İngiltərə yığması istedadlı oyunçuları olan çox rəqabətli komandadır”, deyə Karvaxal bildirib.

Xatırladaq ki, İspaniya yığması AÇ-2024-də keçirdiyi 7 oyunun hamısında qələbə qazanaraq, tarixində 4-cü dəfə Avropa çempion olmaqla, mütləq rekord müəyyən edib.

“Qırmızı qəzəb” qrup mərhələsinin “B” qrupunda Xorvatiya (3:0), AÇ-2020-nin qalibi İtaliya (1:0), Albaniya (1:0), 1/8 finalda Gürcüstan (4:1), 1/4 finalda yarışın ev sahibi Almaniya (əlavə vaxtda 2:1, əsas vaxt 1:1), yarımfinalda DÇ-2022-nin finalçısı Fransa (2:1) üzərində qələəb qazanıb. Finalda isə bu komanda AÇ-2020-ni finalçısı İngiltərə (2:1) yığmasını məğlub edib.

Dani Karvaxal gənclik illərində “Leman”da və ardınca “Real”ın gənclərdən ibarət komandasında çıxış edib, buradan isə “Bayer”ə transfer edilib. Cəmi bircə mövsüm alman klubunda oynamış Karvaxal 2013-cü ildə “Real”a artıq püxtələşmiş bir futbolçu kimi qayıdıb. Daniel tədricən “qaymaqlılar”ın heyətində yerini möhkəmlədib. Karavaxalın “Real”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Karvaxalın “Real” karyerası ümumilikdə 421 oyun, 13 qol və 64 məhsuldar ötürmədən ibarətdir.

Karvaxal “Real”la bütün mümkün ali klub yarışlarını qazanıb: 4 dəfə İspaniya La Liqasının, 2 dəfə İspaniya Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, 6 dəfə Çempionlar Liqasının, 5 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.

Daniel Karvaxal 2014-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 50 oyuna çıxıb, 1 qol vurub, 7 məhsuldar ötürmə verib. Təcrübəli futbolçu “qırmızı qəzəb”in heyətində 2023-cü il UEFA Millətlər Liqasını, 2024-cü il Avropa çempionatını qazanıb. Karvaxal həmçinin İspaniyanın U-19 və U-21 yığmaları ilə müvafiq olaraq AÇ-2011 və AÇ-2013 yarışlarında çempion olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
57
arena.az

1Sources