Bakı. Trend:
Sentyabrın 6-da ölkə ərazisində qeydə alınan 44, əvvəlkidövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşlarıtərəfindən təmin olunub.
DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, axtarışdaolduğuna görə ümumilikdə 113, o cümlədən borclu şəxs qismindəaxtarışda olan 87 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvilverilib.
Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.