EN

“Linkin Park” 7 il sonra yeni solisti ilə səhnəyə qayıdır - FOTO

Amerikanın məşhur rok qrupu “Linkin Park” yenidən bir araya gələrək pərəstişkarlarına yeni musiqi və qadın vokalçısını təqdim edib. 

 

Qeyd edək ki, 2017-ci il iyulun 20-də qrupun solisti Çester Benninqton özünü asaraq intihar edib.

 

Sfera.az bildirir ki, yeddi il sonra qrup yenidən səhnəyə qayıdır.

 

Qrup artıq təkcə yeni albomu deyil, həm də yenilənmiş heyətlə ilk turunu elan edib. İlk konsertdə “Linkin Park” köhnə hitlərilə yanaşı, təzə musiqilər ifa edib. 

 

Artıq qrupun “YouTube” kanalındakı konsertin ilk axını pərəstişkarların sevimli qrupları üçün necə darıxdığını göstərir. Paylaşıldıqdan sonra 11 saat ərzində onu 2,8 milyondan çox insan izləyib.

 

Qrup, ayrılmış Rob Bourdonun yerinə yeni nağara ifaçısı Colin Britten və “Dead Sara” qrupunun keçmiş üzvü, 38 yaşlı müğənni-bəstəkar Emili Armstronqu vokalçı olaraq heyətinə daxil edib. 

 

Canlı çıxış edən ilk şəxs, Çester ilə birlikdə bir çox hit yazan vokalist, gitaraçı, klaviatura ifaçısı, reper və rok qrupunun yaradıcılarından biri olan Mayk Şinoda olub. O, qrupun yeni üzvlərini azarkeşlərə təqdim edib. Bred Delson, Phoenix və Joe Hahn “Linkin Park”ın köhnə heyətində qalıblar.

 

Qrupun çıxışında onların son sinqlı “The Emptiness Machine” ifa olunub. Qrup həmçinin Noyabrın 15-də çıxacaq “From Zero” adlı yeni albomunu elan edib.

 

Benninq kimi ifadəli və çox oxşar oxuma tərzinə malik olan yeni vokalçı tamaşaçıları məmnun edib. 

 

Linkin Park”ın yeni müğənnisi Emili Armstronq

 

Emili Los-Ancelesdə doğulub böyüyüb. O, 11 yaşında mahnı yazmağa və gitara çalmağa, 15 yaşında mahnı ifa etməyə başlayıb. Qız rok musiqisini o qədər sevib ki, hətta orta məktəbi də atıb. Müsahibələrin birində ifaçı etiraf edib ki, musiqi onun həzz aldığı yeganə şeydir.

 

2002-ci ildə Armstronq ortaq dostu vasitəsilə tanış olduğu gitaraçı Susie Medley ilə birlikdə çıxış etməyə başlayıb. Onların musiqidə oxşar zövqləri var idi: hər ikisi “Nirvana” və “L7” fanatı olub və 1960-1970-ci illərin folk və blyuz artistlərini seviblər.

 

Bir mahnı müəllifi kimi, Armstronq folk rok janrından təsirlənib.

 

Hard rok qrupu “Dead Sara”nın debüt albomu çıxmazdan əvvəl Armstronq bir çox məşhur musiqiçilərin diqqətini çəkib. 

 

Mərhum “Nirvana” solisti Kurt Kobenin həyat yoldaşı Kortni Lav albomu üçün birlikdə trek yazmaq üçün Armstronqu Nyu Yorka dəvət edib.

 

Sənətçi The Offspring, Beck, Demi Lovato, Awolnation və Robbie Kreiger of the Doors kimi ulduzlarla canlı musiqi ifa edib. 

 

5 sentyabr 2024-cü ildə Emili ilk dəfə “Linkin Park” ilə birgə çıxış edib. 

 

Yenilənmiş heyəti ilə “Linkin Park” artıq Los-Anceles, Nyu-York, Almaniya, London və Cənubi Koreyada beş arena, habelə Kolumbiyanın Boqota şəhərində altıncı konserti əhatə edəcək “From Zero World Tour”una çıxacaq.

 

 

Aynil

Sfera 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
255
50
sfera.az

10Sources