EN

COP29 nümayəndəsi Sloveniyada iqlim dəyişikliyi şəraitində qida təhlükəsizliyini müzakirə edib

Bakı. Trend:

COP29 sədr heyəti Sloveniyada keçirilən “Bled StrategicForum”-da iştirak edib.

Trend bu barədə “COP29 portalı”-na istinadən xəbər verir.

"COP29 icra planı üzrə həmsədri Jalə İbrahimova Sloveniyada“Bled Strategic Forum”-da qida təhlükəsizliyi və iqlim dəyişikliyimövzusunda panel müzakirəsində iştirak etdi", - məlumatda qeydolunub.

İbrahimovanın sözlərinə görə, "qida şəbəkəsi və kənd təsərrüfatıiqlim ambisiyalarının mərkəzində olmalı, emissiya problemlərinihəll etməli və iqlim dəyişikliyi ilə mübarizədə ön cəbhədə olanfermerlərə dəstək olmalıdır."

İbrahimova bu məsələnin COP29 sədrlərinin prioritetlərindən biriolduğunu vurğulayıb və Bakıda noyabr ayında müvafiq iqlimtəşəbbüslərinin müzakirə ediləcəyini qeyd edib.

"Iqlim dəyişmələri getdikcə daha ciddi hal alır. Temperaturartışı, qeyri-sabit hava şəraiti və ətraf mühitin çirklənməsiqlobal qida sistemlərinin zəifliyini artırır. Beynəlxalq icmatəhlükəsiz və davamlı qida sistemini təmin etməlidir", - forumdaqeyd olunub.

Qeyd edək ki, 11-22 noyabr tarixlərində Bakıda BMT-nin İqlimDəyişmələri Çərçivə Konvensiyasının (COP29) 29-cu sessiyasıkeçiriləcək.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
69
az.trend.az

1Sources